Uzun illərdir gözlənilən Half-Life 3 nəhayət ki, 2025-ci ildə işıq üzü görəcək. Lakin bu sevindirici xəbərlə yanaşı, oyun ictimaiyyətini kədərləndirən başqa bir məlumat da yayılıb — bu oyun, Gordon Freeman haqqında əfsanəvi elmi-fantastik seriyanın son hissəsi olacaq.
İnsayder: “Half-Life 3 ilə nöqtə qoyulacaq”
Məşhur insayder Daniel Richtman öz Patreon səhifəsində Valve şirkətinin Half-Life 3-ü franşizanın final akkordu kimi gördüyünü bildirib. Onun sözlərinə görə, oyun bütün süjet xətlərini tamamlayacaq, Half-Life: Alyx ilə hadisələri birləşdirəcək və sonda bir yekun yaradacaq:
“Half-Life 3 hekayəni yekunlaşdıracaq, boşluqları dolduracaq və bu elmi-fantastik səyahətə nöqtə qoyacaq.” – Daniel Richtman
Bu qərarın yaxşı və ya pis olduğu müzakirə predmetidir. Lakin bir çox azarkeş hesab edir ki, seriyanı layiqli şəkildə bitirmək — onu süni şəkildə uzatmaqdan daha doğru addımdır.
Növbədə Portal 3 var
Richtman-ın açıqlamasına görə, Half-Life 3-dən sonra Valve növbəti böyük layihə olaraq Portal 3 üzərində işləməyə hazırlaşır. Bu da o deməkdir ki, studiya yenidən köklərinə dönərək, nostalgiya dolu hitlərlə oyun dünyasına damğa vurmaq istəyir.
2025-ci ilin oyun aləmi üçün həyəcanverici olacağı artıq indidən hiss olunur.