Valve dəyişiklik etdi: CS2 Budapeşt Major-una seçmə qaydaları yeniləndi

by Nigar Məmmədova
0 comments

HLTV.org-un məlumatına görə, Valve 2025-ci ildə keçiriləcək StarLadder Budapest Major turnirinə vəsiqə sistemində dəyişiklik edib. Turnirin ümumi mükafat fondu 1,25 milyon dollar təşkil edir və bu tədbir CS2 üzrə ilin əsas turnirlərindən biri hesab olunur.

Yeni mərhələlər və bölgə üzrə kvotalar

Yenilənmiş sistemə əsasən, Major turnirində iştirak edəcək 32 komanda üç mərhələyə bölünəcək:

Legend Stage (Əfsanələr mərhələsi):
Bu mərhələyə birbaşa 8 komanda vəsiqə qazanacaq:

  • 5 Avropa komandası
  • 2 Amerika komandası
  • 1 Asiya komandası

Challenger Stage (Çağırışçılar mərhələsi):
Daha 8 komanda bu mərhələdə mübarizəyə qoşulacaq.

  • 5 Avropa komandası
  • 2 Amerika komandası
  • 1 Asiya komandası

Contender Stage (İddiaçılar mərhələsi):
Bu mərhələdə 16 komanda çıxış edəcək.

  • Bölgələr üzrə dəqiq kvotalar hələ açıqlanmayıb.

Turnirin vaxtı və seçim meyarı

Turnir 24 noyabr – 14 dekabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq. İştirak edəcək komandaların siyahısı 8 oktyabrda açıqlanacaq və seçim Valve Regional Standings (VRS) reytinqi əsasında aparılacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın