100 Thieves, Valorant Üzrə EWC 2026-nın Qalibi Oldu

by Nigar Məmmədova
0 comments

100 Thieves komandası Esports World Cup 2026 çərçivəsində keçirilən Valorant turnirinin qran-finalında NRG-yə qalib gəlib. Final seriyası 3:1 hesabı ilə başa çatıb – Breeze xəritəsində 13:7, Sunset-də 13:6, Haven-də 2:13 və Ascent-də 14:12.

Qarşılaşmanın ən yaxşı oyunçusu (MVP) Metyu “Cryocells” Panganiban seçilib. O, matçı 1.13 reytinq və 65–52 K/D statistikası ilə tamamlayıb. Cryocells hər dörd xəritədə də Cypher agenti ilə mübarizə aparıb.

Mükafat Fondunun Bölgüsü

Qələbə sayəsində 100 Thieves 600 min dollar pul mükafatı və 1000 klub xalı qazanıb. Öz növbəsində, NRG 340 min dollar və 750 xal əldə edib. Hər iki təşkilat digər kiberidman növləri üzrə turnirlərdə çıxışlarını davam etdirəcəklər.

EWC çərçivəsində Valorant turniri 2-12 iyul tarixlərində keçirilib. Turnirdə 16 komanda iştirak edib və onlar ümumilikdə 2 milyon dollar dəyərində mükafat fondunu bölüşdürüblər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın