VALORANT üzrə EWC 2026-nın bütün iştirakçıları məlum oldu

by Nigar Məmmədova
0 comments

VALORANT üzrə Esports World Cup 2026 turnirinin regional təsnifat mərhələləri başa çatdı. Bununla da turnirdə mübarizə aparacaq 16 komandanın hamısının adı rəsmən müəyyənləşdi.

Turnirin birbaşa dəvətliləri və təsnifat qalibləri

Çempionata birbaşa vəsiqə (invite) qazanan komandalar:

  • Team Heretics
  • Team Vitality
  • G2 Esports
  • Paper Rex
  • EDward Gaming

Regional seçmə mərhələlərdən keçərək turnirə qatılmaq hüququ qazanan kollektivlər:

  • Gentle Mates
  • Karmine Corp
  • BBL Esports
  • MIBR
  • 100 Thieves
  • NRG
  • Rex Regum Qeon
  • Global Esports
  • NS RedForce
  • XLG Esports
  • AG.AL

NAVI vəsiqənin bir addımlığında dayandı

Ukrayna təmsilçisi NAVI turnirə vəsiqə qazanmağa çox yaxın olsa da, həlledici matçda BBL Esports kollektivinə 0:3 hesabı ilə məğlub olaraq şansını itirdi. Gərgin keçən qarşılaşmanın xəritələr üzrə nəticələri belə oldu:

  • Pearl: 7:13
  • Ascent: 11:13
  • Breeze: 13:15

VALORANT üzrə EWC 2026 turniri 2-12 iyul tarixlərində Fransanın paytaxtı Parisdə keçiriləcək. Dünyanın ən güclü komandalarının bir araya gələcəyi bu çempionatın ümumi mükafat fondu 2 milyon dollar təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın