FURIA “IEM Krakow 2026” turnirində NaVi-ni məğlub edərək yarışdan kənarlaşdı

by Nigar Məmmədova
0 comments

FURIA Esports kollektivi CS2 üzrə keçirilən IEM Krakow 2026-nın qrup mərhələsində “Natus Vincere” (NaVi) komandasına qalib gəlib. Gərgin keçən qarşılaşma xəritələr üzrə 2:1 hesabı ilə braziliyalıların xeyrinə başa çatıb (Mirage 13:7; Inferno 9:13; Dust2 13:6).

Bu qələbə sayəsində FURIA Esports A qrupunun aşağı səbətində növbəti mərhələyə yüksəlib. Komanda pley-offa vəsiqə uğrunda 3 fevral tarixində, Bakı vaxtı ilə saat 17:30-da (MSK 16:30) Astralis ilə üz-üzə gələcək.

Natus Vincere isə FUT Esports, NRG Esports, PARIVISION və The MongolZ kollektivlərinin ardından IEM Krakow 2026 turniri ilə vidalaşıb. Komanda yarışı 13-16-cı yerlərdə tamamlayaraq 10 min dollar mükafat qazanıb.

IEM Krakow 2026 turniri 28 yanvar – 9 fevral tarixlərində Polşanın Krakov şəhərində LAN formatında keçirilir. Turnirin ümumi mükafat fondu 1,25 milyon dollar təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın