Intel Extreme Masters Krakow 2026 kiberidman turnirinin yekunları: Vitality – çempion, ZywOo – ən yaxşı oyunçu.

by Nigar Məmmədova
0 comments

Həftəsonu Polşada bir neçə sürprizlərlə yadda qalan böyük Counter-Strike 2 kiberturini başa çatdı, lakin yekunda əsas favoritlərin qələbəsi ilə nəticələndi. Bu MelBet baxışında biz IEM Krakow 2026 turnirinin əsas hadisələrini təhlil edəcəyik.

Qrup mərhələləri

İlkin seçim Play-In mərhələsində baş tutdu – PARIVISION, G2, 3DMAX və NRG ilk olaraq 2:0 hesablı təmiz qələbələrlə növbəti mərhələyə keçdilər. İkiqat eliminasiya formatı bir oyunu uduzan komandalar üçün də şans yaratdı – bu fürsətdən Astralis, BC.Game, FUT və Aurora yararlanaraq növbəti mərhələyə yüksəldilər.

Artıq əsas qrup mərhələsində favoritlər üçün ilk çətinliklər başladı. Dünyanın ən güclü komandası sayılan FURIA, start matçında qlobal reytinqdə 22-ci yerdə olan FUT komandasına məğlub oldu! Lakin braziliyalılar buna baxmayaraq aşağı setkadan pley-offa keçə bildilər və bunun üçün The MongolZ, NAVI və Astralis kimi rəqibləri turnirdən kənarlaşdırdılar.

Sonuncular  artıq məğlubiyyətlərə öyrəşmişdilər, amma The MongolZ və NAVI bu turnirə olduqca ciddi planlarla gəlmişdi.NAVI, BLAST Bounty Winter 2026 çempionu PARIVISION üzərində qələbə qazansa da, növbəti qarşılaşmada Spirit komandasının təzyiqi altında qaldı. The MongolZ üçün isə IEM Krakow 2026 cari mövsümdə ilk turnir idi və onlar hər iki oyunlarını uduzaraq mübarizəni erkən başa vurdular. Birinci qrupun ən yaxşı komandaları isə gözlənildiyi kimi Spirit, və sensasion şəkildə G2 oldu.

İkinci qrupda ən güclü çıxışı Vitality və Aurora göstərdi, onlar rəqibləri ilə ciddi çətinlik çəkmədən asanlıqla öhdəsindən gəldilər. Bu iki komanda arasındakı qarşılaşma isə CS2 turnirlərinin tarixindəki ən uzun xəritələrdən birinə çevrildi – Ancient xəritəsində 47 raund oynanıldı, dörd overtaym seriyası daxil olmaqla. Nəticədə Vitality 25:22 hesabı ilə qalib gəldi. Növbəti dəfə Team Falcons azarkeşlərini məyus etdi – pley-offa vəsiqə üçün həlledici oyunda MOUZ komandasına məğlub oldular. Əfsanəvi s1mple BC.Game komandası isə püşkatmada bəxti gətirməyənlərdən oldu: ilk matçda əsas favorit Vitality ilə qarşılaşdılar, ardınca isə ənənəvi olaraq onlar üçün çətin rəqib olan FaZe Clan-ı keçə bilmədilər.

Pley-off

1/4 final mərhələsində FURIA inamla Aurora-nı, MOUZ isə G2 komandasını eyni – 2:0 hesabı ilə məğlub etdi. Yarımfinalda Vitality «Siçanlar»ı asanlıqla dayandırdı (2:0). FURIA isə arenada hər üç xəritədə oynadı. Problemlər braziliyalılar üçün artıq öz seçimləri olan Mirage xəritəsində başladı – onu yalnız overtaymda qazana bildilər (16:13). Team Spirit cavab olaraq öz sevimli Dust2 xəritəsində qalib gəldi (13:8), buna görə də qrand-finala vəsiqənin taleyi həlledici Nuke xəritəsində həll olundu. FURIA bütün suallara artıq xəritənin ilk yarısında cavab verdi – hücum tərəfini 9:3 hesabı ilə qazandılar. Nuke xəritəsini 13:7 hesabı ilə qələbəyə çatdırmaq braziliyalılar üçün xüsusi çətinlik yaratmadı.

IEM Krakow 2026 turnirinin son günü üçüncü yer uğrunda oyunu ilə başladı. Bu qarşılaşmada Spirit MOUZ-u asanlıqla məğlub etdi (Dust2-də 13:8 və Mirage-də 13:3). Lakin donk üçün bu bürünc medal zəif təsəlli oldu – çünki onun dünyanın ən yaxşı oyunçusu adı uğrunda əsas rəqibi ZywOo artıq qrand-finalda FURIA-ya qarşı qızıl uğrunda mübarizəyə hazırlaşırdı!

İlk xəritə Mirage-da «Arılar» 9:3 hesabı ilə rahat üstünlük qazandılar, lakin ikinci hissədə braziliyalılara geridönüş etməyə imkan verdilər (10:2) və xəritəni ümumi 13:11 hesabı ilə uduzdular.Elə görünürdü ki, qarşıda bizi beş xəritənin hamısında gərgin və yorucu mübarizə gözləyir. Lakin start uğursuzluğundan sonra Vitality toparlandı və növbəti üç xəritəni ardıcıl qazandı: Inferno (13:8), Nuke (13:2) və Overpass (13:10). Xüsusilə braziliyalıların seçimi olan Nuke xəritəsi onlar üçün alçaldıcı oldu – komandanın əsas ulduzu molodoy 4/15 statistikası ilə çıxış etdi və cəmi 0,39 reytinq topladı!

Yekunlar

Simvolikdir ki, məhz Vitality Katovitse erasını IEM Katowice 2025 turnirini qazanaraq başa vurdu və eyni zamanda tarixdə ilk IEM Krakow titulunu əldə edərək Krakov erasının əsasını qoydu. Komanda $460,000 mükafat qazandı, ZywOo isə iri turnirlərdə 1,59 ən yüksək fərdi reytinqlə rekord sayılan 29-cu MVP titulunu əldə etdi.

Vitality üçün bu titul ESL Grand Slam seriyası çərçivəsində üçüncü oldu, bu isə o deməkdir ki, komanda artıq aprel ayında IEM Rio 2026 turnirində ardıcıl ikinci dəfə $1,000,000 mükafatı qızıl külçələr şəklində qazanmaq şansına malikdir!

Bu və digər böyük kiberidman turnirlərini MelBet platformasında izləyin!

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın