PGL Bucharest 2027 elan olundu: Mükafat fondu 1 milyon dolları ötəcək

by Nigar Məmmədova
0 comments

Turnir operatoru PGL, gələn il baş tutacaq PGL Bucharest 2027 çempionatını rəsmən anons edib. Yarışın 15–24 yanvar tarixlərində keçiriləcəyi və mükafat fondunun 1 milyon ABŞ dollarından çox olacağı bildirilir. Bu barədə məlumat PGL təşkilatının rəsmi “X” sosial şəbəkə hesabında paylaşılıb.

Bununla da PGL, Buxarestdəki turnir seriyasını daha bir il davam etdirəcəyini təsdiqləyib. 2027-ci ilin yanvarında keçiriləcək bu böyük kiberidman hadisəsində ümumi mükafat fondu 1.4 milyon dollar təşkil edəcək. Təşkilatçılar bu məbləği aşağıdakı qaydada bölüşdürməyi planlaşdırır:

  • 1 milyon dollar iki bərabər hissəyə bölünəcək: 500 000 dollar oyunçulara, 500 000 dollar isə klublara ödəniləcək.
  • Əlavə 400 000 dollar isə VRS (Valve Ranking System) reytinqinə əsasən ən yaxşı 5 klub arasında bərabər paylanacaq. Məhz bu reytinq turnirə dəvətlərin verilməsində əsas meyər olacaq.

Xatırladaq ki, PGL Bucharest 2026 turnirinin startına da çox az vaxt qalıb. Aprelin 4-də başlayacaq həmin yarışda 16 komanda 625 000 dollarlıq mükafat fondu uğrunda yarışacaq. Turnirin qalibi isə öz büdcəsinə 200 000 dollar əlavə edəcək.

Gələn ilin yanvar təqvimi kiberidman həvəskarları üçün kifayət qədər gərgin və maraqlı keçəcəyini vəd edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın