Aprelin 22-də Dota 2 üzrə keçirilən “PGL Wallachia Season 8” turnirinin qrup mərhələsinə yekun vurulub. Beş günlük gərgin mübarizənin nəticəsi olaraq pley-off mərhələsində yarışacaq səkkiz komandanın adı bəlli olub. Digər kollektivlər üçün isə çempionat burada başa çatıb.
Pley-offa heç bir məğlubiyyət almadan (3-0) yüksələn komandalar BetBoom Team və Aurora Gaming olub. Qrup mərhələsini cəmi bir məğlubiyyətlə (3-1) tamamlayan PARIVISION, Team Liquid və Team Falcons da növbəti mərhələyə vəsiqə qazanıblar. Heyətlərini 3-2 statistikası ilə tamamlayan South America Rejects, Team Spirit və HEROIC kollektivləri də mübarizəni davam etdirəcək səkkizliyə daxil ola biliblər.
Turnirlə vidalaşan komandaların siyahısı isə belədir: GamerLegion, Xtreme Gaming, MOUZ, Vici Gaming, Virtus.pro, Natus Vincere, Team Yandex və Tundra Esports.
Çempionatın pley-off oyunları aprelin 23-də start götürəcək.
“PGL Wallachia Season 8” turniri 18-26 aprel tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilir. Yarışın ümumi mükafat fondu 1 milyon dollar təşkil edir.
