PGL Wallachia Season 8-in çempionu BB Team oldu

by Nigar Məmmədova
0 comments

Rumıniyanın paytaxtı Buxarestdə Dota 2 üzrə keçirilən nüfuzlu PGL Wallachia Season 8 turniri başa çatdı. Çempionatın həlledici mərhələsində rəqiblərini geridə qoyan BB Team kollektivi qalib adını qazandı.

Turnirin böyük finalı BB Team və Aurora Gaming arasında baş tutdu. Qarşılaşma BB Team-in tam üstünlüyü ilə keçdi və komanda rəqibini 3:0 hesabı ilə məğlub edərək çempionluq kubokunu başı üzərinə qaldırdı. Bu qələbə qalib kollektivə 300 000 dollar məbləğində mükafat qazandırdı. Finalda məğlub olan Aurora Gaming isə yarışı ikinci pillədə başa vuraraq 175 000 dollar əldə etdi.

Turnirin ilk üçlüyünü Team Falcons tamamladı. Onlar aşağı səbətin finalında Aurora Gaming-ə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdılar və 120 000 dollar mükafatla kifayətləndilər.

PGL Wallachia Season 8

Xatırladaq ki, aprelin 18-dən 26-dək Buxarestdə təşkil olunan “PGL Wallachia Season 8” turnirinin ümumi mükafat fondu 1 milyon dollar təşkil edirdi.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın