“Masters of the Universe” bədii filminin (live-action) premyerası fonunda, Epic Games şirkəti Fortnite oyunu ilə əfsanəvi “Masters of the Universe” franşizası arasında krossover keçiriləcəyini anons edib. Yeni kosmetik əşyalar artıq iyunun 6-da oyundaxili mağazada əlçatan olacaq.
Əfsanəvi qəhrəmanlar və populyar memlər
Əməkdaşlıq çərçivəsində oyuna üç kult personaj əlavə ediləcək:
- Hi-Men (He-Man)
- Skeletor
- Şi-Ra (She-Ra)
Tərtibatçılar təqdim etdikləri debüt treylerində bu franşiza ilə bağlı olan dünyaca məşhur internet memlərindən birini də xüsusi olaraq canlandırıblar.
Epic Games tərəfindən verilən rəsmi bəyanatda deyilir: “Qreyskalın Gücündən (Power of Grayskull) istifadə etməyə hazırlaşın, çünki Hi-Men, Skeletor və Şi-Ra ilk dəfə ‘Fortnite’ dünyasında peyda olurlar”.
Dəstdə oyunçuları nə gözləyir?
Hazırda şirkət dəstin tam tərkibini gizli saxlayır. Krossoverin klassik cizgi serialından ilhamlanacağı gözlənilir. Bu baxımdan, dəstə əlavə personajların, xüsusi emosiyaların (emotes), qazmaların (pickaxes) oarsı və Eterniya dünyası ilə bağlı digər kosmetik əşyaların daxil ediləcəyi ehtimal olunur.
“Epic Games” kolleksiyanın tərkibi ilə bağlı bütün detalları relizdən qısa müddət öncə azarkeşlərlə bölüşəcəyinə söz verib.