Fransanın 3DMAX kibersport təşkilatı “Counter-Strike 2” heyətində dəyişiklik edib. Komanda Pyer “Ex3rcice” Bulenji (Pierre Bulinge) ehtiyat oyunçular skamyasına göndərdikdən sonra, boş qalan mövgeyə Jeremi “Kursy” Qastı (Jérémy Gast) transfer etdiyini açıqlayıb. Kursy yeni komandasında “rifler” (avtomatçı) rolunda çıxış edəcək.
Kursy-nin çıxış etdiyi sonuncu kollektiv GamerLegion olub. O, 2025-ci ilin yayında həmin kluba snayper (AWP) rolunda qoşulmuşdu. Lakin debütündən cəmi iki ay sonra komandanın əsas heyətindən kənarlaşdırılaraq ehtiyat oyunçular siyahısına yerləşdirilmişdi.
Uzunmüddətli fasiləyə son
Fransız oyunçunun karyerasındakı son rəsmi matç 17 sentyabr 2025-ci il tarixində qeydə alınıb. O, “FISSURE Playground 2” turniri çərçivəsində “Astralis” komandasına qarşı oynayıb və həmin görüşdə komandası ilə birlikdə 0:2 hesabı ilə məğlub olub.
Yeni rol, yeni başlanğıc Əvvəllər daha çox snayper tüfəngi ilə göstərdiyi oyunla tanınan Kursy-nin 3DMAX heyətində rifler kimi peşəkar səhnəyə qayıtması onun karyerasında fərqli bir sınaq olacaq.