“HLTV” portalı 29.06.2026-cı il tarixinə olan vəziyyətə əsasən “Counter-Strike 2” üzrə dünyanın ən yaxşı komandalarının yenilənmiş həftəlik reytinq cədvəlini dərc edib.
15 dekabr 2025-ci ildən bəri ilk dəfə olaraq dünya reytinqinin zirvəsində dəyişiklik qeydə alınıb. “IEM Cologne Major 2026” turnirinin qalibi olan Falcons kollektivi böyük sıçrayışla birinci pilləyə yüksəlib.
Yenilənmiş Top-10 siyahısı və komandaların xalları
Reytinqin ilk onluğunda yer alan komandalar və onların mövcud xal göstəriciləri aşağıdakı kimidir:
1. Falcons — 883 xal (Yeni lider)
2. Vitality — 823 xal
3. Team Spirit — 716 xal
4. FURIA — 659 xal
5. Natus Vincere (NAVI) — 541 xal
6. Aurora — 443 xal
7. G2 Esports — 297 xal
8. 9z Team — 295 xal
9. MOUZ — 290 xal
10. BetBoom Team — 289 xal
Meycorun reytinqə təsiri və əsas dəyişikliklər
Köln Meycorunun nəticələri dünya reytinqindəki güclər nisbətinə ciddi şəkildə təsir edib:
Liderlik taxtının ötürülməsi Köln çempionu Falcons 883 xalla zirvəni ələ keçirdiyi halda, Meycordan erkən ələnən Vitality uzunmüddətli liderliyini itirərək 823 xalla ikinci pilləyə geriləyib. İlk onluqdakı digər yerlərin ümumi sıralamasında isə mövqe dəyişikliyi baş verməyib.
- FURIA və Spirit təqibdə: Turnirin finalçısı olan Braziliya təmsilçisi “FURIA” 659 xalla dördüncü pillədə qərarlaşıb. Onları 716 xalla üçüncü yerdə olan “Team Spirit” qabaqlayır.
- Uğursuzluq yaşayan NAVI: Kölndə gözləniləndən tez turnirlə vidalaşan “NAVI” beşinci pillədə qalıb və aktivində 541 xal var.
- Pley-off iştirakçılarının vəziyyəti: Yarımfinalda FURIA-ya uduzan “Aurora” 443 xalla altıbcl, dörddəbir finalda dayanan “G2” 297 xalla yeddinci, pley-offun digər iştirakçısı “9z” isə 295 xalla səkkizinci yerdədir. Onluğu 290 xalla “MOUZ” və 289 xalla “BetBoom Team” tamamlayır.