“MOUZ” kibersport təşkilatı finlandiyalı gənc ulduz Cimi “Jimpphat” Salonun artıq klubla heç bir müqavilə öhdəliyinin qalmadığını rəsmən elan edib.
Akademiyadan əsas heyətə uzanan uğurlu yol
Finlandiyalı istedad “MOUZ” sisteminə ilk addımlarını 2022-ci ilin may ayında akademiyanın heyəti olan MOUZ NXT-yə qoşulmaqla atıb. Orada nümayiş etdirdiyi üstün oyun sayəsində cəmi bir il sonra, yəni 2023-cü ilin iyulunda klubun əsas komandasına dəvət alıb.
Lakin kollektivin mövsümün əvvəlində turnirlərin final mərhələlərinə vəsiqə qazana bilməməsi və kubok yarışlarından uzaq düşməsi komanda daxilində ciddi dəyişikliklərə yol açdı. Nəticədə, Jimpphat bu ilin aprel ayından etibarən komanda yoldaşı Ludviq “Brollan” Brolin ilə birlikdə ehtiyat oyunçular skamyasına yerləşdirilmişdi.
Alman təşkilatı ilə qazanılan titullar
Üç illik fəaliyyəti dövründə Jimpphat “MOUZ” forması altında kifayət qədər zəngin və uğurlu bir titul siyahısı formalaşdıra bilib:
- WePlay Academy League çempionluğu (MOUZ NXT heyətində);
- İki fərqli ESL Pro League mövsümünün baş kuboku;
- BB Dacha və PGL Cluj-Napoca turnirlərinin qalibliyi.
Fərdi statistika və qlobal etiraf
Dünyanın ən yaxşılarından biri Stabil və güclü performansı Jimpphat-a 2024-cü ildə karyerasında ilk dəfə olaraq planetin ən yaxşı 20 oyunçusu sırasına daxil olmaq şansı qazandırdı və o, HLTV reytinqində 17-ci pillədə qərarlaşdı. Onun “MOUZ”un əsas heyətində keçirdiyi bütün rəsmi matçlar üzrə ümumi orta reytinqi 1.10 təşkil edib.