RƏSMİ: ultimate “Liquid”dən Ayrıldı və Yeni Komandasına Qoşuldu

0 comments

Polşanın Betclic Apogee kiberidman təşkilatı 22 yaşlı snayper Roland «ultimate» Tomkovyakın transferini rəsmən elan edib. O, “Team Liquid“dən keçərək heyətdən ayrılan Olek «hades» Mişkeviçin yerini tutacaq.

ultimate 2024-cü ilin iyul ayından “Liquid” heyətində çıxış edirdi. İlk vaxtlar aqressiv AWP oyun üslubu ilə səhnədə diqqət çəksə də, sonradan fərdi forması zəiflədi və bu yay “Liquid” rosterində onu Corci «Jorko» Mitev əvəzlədi.

Roland artıq Polşa milli komandası heyətində “Betclic”in dördlüyü ilə birlikdə çıxış edib və komandaya “Esports Nations Cup” turnirinə vəsiqə qazanmaqda kömək edib. Hazırda “Betclic” VRS reytinqində 46-cı yeri tutur.

“Betclic”in Yenilənmiş Heyəti:

  • Roland «ultimate» Tomkovyak (AWPer)
  • Patrik «Demho» Tomaşevski
  • Voytsex «Prism» Ziemba (IGL)
  • Mateuş «ex1st» Vitman
  • Konrad «Qlocuu» Kloçek
  • Qjeqoj «SZPERO» Djamalek (məşqçi)

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın