“Valorant” turnirinin ən yaxşı oyunçusu almazlarla bəzədilmiş eksklüziv mous əldə edəcək

0 comments

VCT Pacific Stage 2“nin böyük finalının MVP-si (ən dəyərli oyunçusu) “Pulsar” şirkətindən qeyri-adi bir hədiyyə — tək nüsxədə hazırlanmış eksklüziv oyun siçanı alacaq.

Qurğunun əsas özəlliyi ümumi çəkisi 3.2 karat olan təbii almazlarla bəzədilmiş diyircəkli çarxı olacaq. İstehsalçı vurğulayır ki, söhbət laboratoriyada yetişdirilən süni daşlardan deyil, məhz təbii almazlardan gedir.

Mous qızılı metal rəngində hazırlanıb. Onu adi pərakəndə satışdan əldə etmək mümkün olmayacaq, çünki cihaz yalnız finalın MVP-si üçün xüsusi mükafat qismində istehsal edilib.

“Pulsar” siçanın dəqiq dəyərini açıqlamayıb, lakin media almazların çəkisi və məhsulun eksklüzivliyi səbəbindən onun potensial qiymətini bir neçə min dollardan on minlərlə dollara qədər qiymətləndirir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın