Böyük Steam sızması: Elan olunmamış oyunlar, “Kingdom Hearts 4” və “Persona 6” təfərrüatları üzə çıxdı

0 comments

Məşhur “Steam” nailiyyətlərini izləmə xidməti olan “Exophase” platformasında gələcək oyunların siyahısı peydə olub. Sızmanın miqyası kifayət qədər böyükdür: hazırda siyahıda azı 145 oyun yer alır və bunlardan ən azı 15-i rəsmən elan edilməyib.

Gözlənilən böyük layihələr arasında “Persona 6”, “Kingdom Hearts IV”, “Gears of War: E-Day”, “Silent Hill: Townfall”, “Fable”“EA Sports FC 27” kimi oyunlar var. Süjetli oyunların nailiyyət təsvirlərində personajlar, bosslar və mühüm hadisələr haqqında məlumatlar yer aldığı üçün istifadəçilərə sosial şəbəkələrdə (Reddit, X) spoylerlərə qarşı ehtiyatlı olmaq tövsiyə edilir.

Böyük Steam sızması: Persona 6, Kingdom Hearts 4 və yeni oyunlar

Elan olunmamış layihələr və qayıdan “Qisasçılar” (Avengers)

Sızmada diqqət çəkən əsas məqamlardan biri də rəsmən anons olunmamış layihələrin siyahısıdır. Siyahıda yer alan bəzi maraqlı oyunlar:

  • Avengers oyunu: THQ-nin vaxtilə ləğv edilmiş layihəsi; maraqlıdır ki, bu həftə insayder Daniel Rixtman da yeni “Qisasçılar” oyunu üzərində işlənildiyini bildirmişdi.
  • Sonic oyunu: “Sonic” kainatından yeni layihə.
  • Balatro: Məşhur oyun üçün sikvel və ya spin-off.
  • Nickelodeon life-sim: “Animal Crossing” üslubunda həyat simulyatoru.
  • Dune oyunu: “Dün” kainatına əsaslanan yeni layihə.
  • Shrek 2 Remaster: Və ya Şrek mövzulu yeni oyun.
  • Sea of Thieves & Slime Rancher: Hər iki franşiza üçün yeni oyunlar və ya spin-off-lar.
  • Twin Peaks oyunu & Walking Dead Collection.

Bununla belə, oyunun sızmada yer alması onun hazırda aktiv işlənildiyinə 100% zəmanət vermir — layihələrin bir hissəsi dondurulmuş və ya ləğv edilmiş ola bilər. Hələlik “Valve” və zərər çəkmiş oyun nəşriyyatlarının bu miqyaslı sızmaya necə reaksiya verəcəyi məlum deyil.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın