1
“FURIA” komandasının hazırkı kapitanı Qabriel “FalleN” Toledo Braziliyada keçirilən ev turniri “IEM Rio 2026” zamanı bu ilin sonunda peşəkar oyunçu karyerasını başa vurmaq niyyətində olduğunu elan edib.
Bununla əlaqədar braziliyalı məşqçi Luis “peacemaker” Tadeu heyətdə yeni kapitan (IGL) mövqeyi üçün ən yaxşı namizəd hesab etdiyi dörd oyunçunun adını çəkib.
Namizədlərin siyahısına aşağıdakı kiberidmançılar daxildir:
- Lukas “lux” Meneqini (“Luminosity”)
- Aulon “Krabeni” Fazliya (“FUT”)
- Cek “Gizmy” fon Şprekelsen (“100 Thieves”)
- Linus “LNZ” Holtenq (“MIBR”)