“T1” və “LOUD” “VALORANT Champions 2026” pley-offuna yüksələn son komandalar oldu

0 comments

Oktyabrın 4-də “VALORANT Champions 2026” turnirinin qrup mərhələsi rəsmən yekunlaşıb.

Qrup mərhələsinin son gününün ilk matçında “FUT” və “T1” komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən hər iki xəritədə (“Sunset” və “Ascent”) Cənubi Koreya kollektivi eyni 13:10 hesabı ilə qalib gələrək matçı 2:0 hesabı ilə öz xeyrinə bağlayıb.

Növbəti görüşdə isə “LOUD” “Global Esports” üzərində qələbə qazanıb. Cənubi Amerika təmsilçiləri əvvəlcə “Split” xəritəsində (13:8), ardından isə “Sunset” xəritəsində (13:9) rəqibini üstələyərək 2:0 hesablı qələbəyə seviniblər.

VALORANT

Beləliklə, “T1” və “LOUD” pley-off mərhələsinə vəsiqə qazanan sonuncu iki komanda olub.

Pley-off mərhələsi oktyabrın 7-də başlayır

“VALORANT Champions 2026” turniri 23 sentyabr – 18 oktyabr tarixlərində Şanxay şəhərində keçirilir. Yarışda 16 komanda 2.25 milyon dollar məbləğində mükafat fondu və dunya çempionu titulu uğrunda mübarizə aparır. Turnirin həlledici pley-off mərhələsinə oktyabrın 7-də start veriləcək.

VALORANT

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın