Braziliyalı ulduz futbolçu Neymar “FURIA” komandasının kapitanı Qabriel “FalleN” Toledonun peşəkar karyerasını davam etdirməsi ideyasını dəstəkləyib. O, bu barədə bazar ertəsi, 16 noyabr tarixində media futbol liqası olan “Kings League”in qrup mərhələsinin son turunun yayımı zamanı bildirib.
Daha əvvəl “BLAST”a verdiyi müsahibədə “FalleN” zarafatla qeyd etmişdi ki, əgər şəxsi təyyarəsi olsaydı, karyerasını bitirmək qərarına yenidən baxa bilərdi. Neymar isə bu fikrə yumorla reaksiya verərək “FURIA” kapitanının belə bir hədiyyəyə tam layiq olduğunu vurğulayıb.
“FURIA” rəhbərliyi kapitanı fikrindən daşındırmağa çalışır
“FURIA FC”nin prezidenti Kris Gedeş açıqlayıb ki, Neymar, Andre Akkari və Nikolas “guerri” Noqeyra ilə birlikdə “FalleN”i peşəkar karyerasını başa vurmaq qərarını təxirə salmağa razı salmaq üzərində işləyirlər.
Xatırladaq ki, braziliyalı əfsanəvi oyunçu hələ aprel ayında cari mövsümün peşəkar “Counter-Strike” səhnəsində onun üçün sonuncu olacağını və Sinqapurda keçiriləcək “Major” turnirindən sonra karyerasını bitirməyi planlaşdırdığını elan etmişdi.