62
Natus Vincere (NAVI) CS2 heyəti ardıcıl altıncı LAN turnirinin finalına yüksəldi. Bu, IEM Rio 2024 turnirində baş verdi.
Beləliklə, Aleksey “Aleksib” Virolaynenin komandası FaZe Clan-ın rekordunu təkrarladı. Finn “karrigan” Andersenin heyəti 2023-cü ilin sonunda və 2024-cü ilin əvvəlində bu nəticəni göstərmişdi. Həmin altı turnirdən FaZe üçündə qələbə qazanmışdı, NAVI isə IEM Rio 2024-ü nəzərə almadan iki titul əldə edib.
IEM Rio 2024 turniri 7-13 oktyabr tarixlərində Rio-de-Janeyroda keçirilir. Turnirdə 16 komanda 250 min dollar və IEM Katowice 2025-ə vəsiqə uğrunda mübarizə aparır. Finalda NAVI FURIA Esports və MOUZ arasındakı görüşün qalibi ilə qarşılaşacaq. Turnirin cədvəli və nəticələri ilə reportajda tanış olmaq mümkündür.