Ceyson Şrayer: Blizzard “Overwatch” oyununun mobil versiyasını hazırlayır

by Elnur Qəhrəmanov
0 comments

Blizzard Entertainment şirkəti məşhur “Overwatch” şuterinin mobil versiyası üzərində işləyir. Bu barədə tanınmış jurnalist və insayder Ceyson Şrayer özünün “Play Nice” adlı kitabında məlumat verib. Kitab Blizzard şirkətinin fəaliyyəti haqqında maraqlı məqamları əhatə edir.

Hazırda “Overwatch” oyununun mobil versiyası ilə bağlı ətraflı məlumatlar paylaşılmayıb. Oyunun mövcud versiyasının birbaşa portu olacaq, yoxsa tamamilə yeni bir tərtibatda təqdim ediləcəyi hələ bəlli deyil. Eləcə də, buraxılış tarixi ilə bağlı heç bir məlumat verilmir. Bununla belə, Şrayerin sözlərinə görə, layihə artıq aktiv inkişaf mərhələsindədir.

Xatırladaq ki, əvvəllər “Overwatch” oyununun Netflix ilə birgə ekranlaşdırılması barədə xəbərlər yayılmışdı. Lakin 2020-ci ildə Activision şirkəti baş maliyyə direktoru Spenser Nyumanı işə götürmək üçün Netflix-ə qarşı məhkəmə iddiası qaldırdıqdan sonra bu tərəfdaşlıq dayandırılıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın