M0NESY Esports Awards 2024-də “İlin Ən Yaxşı PC Oyunçusu” Nominasiyasında 2-ci Yeri Tutdu

by Nigar Məmmədova
0 comments

Esports Awards 2024 tədbirində “İlin Ən Yaxşı PC Oyunçusu” nominasiyasının qalibi və digər mükafatlandırılan iştirakçılar bəlli oldu.

Nominasiyanın Qalibi

  • Qalib: Li Faker San Hök (T1, League of Legends)
    T1 komandasının oyunçusu Faker 2024-cü ildə pro-səhnədə bir neçə rekord vuraraq və Dünya Çempionatı kubokunu qazanaraq bu mükafata layiq görüldü.

İkinci Yer

  • İlyas m0NESY Osipov (G2 Esports, CS2)
    m0NESY 2024-cü ildə BLAST Premier: World Final, BLAST Premier: Fall Final, IEM DallasBLAST Premier: Fall Groups turnirlərində komandası ilə çempion oldu. O, eyni zamanda, HLTV tərəfindən təqdim ediləcək “İlin Ən Yaxşı Oyunçusu” titulu üçün də favoritlərdən biridir.

Üçüncü Yer

  • Çon Chovy Çji Hun (Gen.G Esports, League of Legends)
    Chovy 2024-cü ildə Mid-Season InvitationalLCK Spring turnirlərində qalib gəlməklə komandasını zirvəyə daşıdı.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın