Counter-Strike 2 üzrə IEM Katowice 2025 turnirinin təşkilatçıları çempionatda iştirak edəcək komandaların siyahısını açıqlayıb. İlk dəfə olaraq, turnirdə qadın komandası da yer alacaq.
Imperial Female komandası, bu yaxınlarda BLAST Bounty Spring 2025 üçün dəvət almışdı və indi də IEM Katowice 2025-də iştirak edəcək. Maraqlıdır ki, Katovitsdəki turnir BLAST-dan üç gün sonra başlayacaq.
Birinci mərhələyə dəvət edilən komandalar arasında Virtus.pro, FURIA Esports, Heroic, Complexity Gaming və digərləri var. Birbaşa ikinci mərhələyə isə G2 Esports, Team Spirit, The Mongolz, Team Vitality, FaZe Clan, MOUZ, Natus Vincere və Team Falcons dəvət alıb.
IEM Katowice 2025 turnirinin oyunları 29 yanvar – 9 fevral tarixlərində Polşanın Katovitse şəhərində keçiriləcək. Komandalar $1 milyon mükafat fondu uğrunda mübarizə aparacaqlar. Bu turnirdə Vertigo xəritəsi əvəzinə Train xəritəsi istifadə olunacaq.