3
Tundra Esports, Dota 2 üzrə BLAST Slam II turnirinin finalında Gaimin Gladiators komandasını 3:0 hesabı ilə məğlub edərək çempion oldu.
Alimjan “Watson” İslambekovun komandası üstünlüyü ələ ala bilmədi və Anton “dyrachyo” Şkredovun rəhbərlik etdiyi Tundra Esports qarşısında məğlubiyyətlə üzləşdi.
Bu qələbə ilə Tundra Esports çempion titulu, turnirin kuboku və 300 min dollar mükafat qazandı. Gaimin Gladiators isə ikinci yeri tutaraq 150 min dollar mükafat əldə etdi.
BLAST Slam II-də komandaların heyətləri:
Tundra Esports:
- Anton “dyrachyo” Şkredov
- Bojidar “bzm” Boqdanov
- Neta “33” Şapira
- Martin “Saksa” Sazdov
- Metyu “Whitemon” Filmon
Gaimin Gladiators:
- Alimjan “Watson” İslambekov
- Kvin “Quinn” Kallahen
- Markus “Ace” Helqard
- Erik “tOfu” Enqel
- Melxior “Seleri” Hillenkamp
BLAST Slam II haqqında qısa məlumat:
Turnir 4-9 fevral tarixlərində Danimarkanın Kopenhagen şəhərində keçirilən LAN tədbiri oldu. Ümumilikdə 10 komanda 1 milyon dollarlıq mükafat fondu uğrunda mübarizə apardı.