DreamLeague Season 25-in İlk Qrup Mərhələsi Başa Çatdı

by Nigar Məmmədova
0 comments

16-19 fevral tarixlərində Dota 2 üzrə DreamLeague Season 25 turnirinin ilk qrup mərhələsi keçirildi. Artıq növbəti mərhələyə yüksələcək 8 komandadan 7-si məlumdur.

İkinci qrup mərhələsində iştirak edəcək komandalar:

  • Tundra
  • Falcons
  • HEROIC
  • Spirit
  • PARIVISION
  • Chimera Esports
  • BB Team

8-ci komanda isə 20 fevral tarixində keçiriləcək təkrar oyunlarda müəyyən olunacaq. Bu mərhələdə Gaimin Gladiators, Liquid və Yakult Brothers komandaları yarışacaq.

Turnirə vəsiqə qazana bilməyən komandalar artıq mübarizəni dayandırıblar.

DreamLeague S25 16 fevraldan 3 martadək onlayn formatda keçirilir və turnirin ümumi mükafat fondu 1 milyon dollar təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın