6–8 iyun tarixlərində Bakıda Azərbaycanın ən böyük oyun festivalı – GAMESUMMIT 2025 keçiriləcək. Tədbir minlərlə oyun və müasir mədəniyyət həvəskarını, oyun tərtibatçılarını, sənaye üzrə ekspertləri və keyfiyyətli əyləncələri sevən hər kəsi bir araya gətirəcək! Bu materialda 1xBet Azərbaycan nümayəndələri GAMESUMMIT 2025 haqqında bilməli olduğunuz hər şeyi izah edəcəklər.
Oyun və əyləncə sahəsində möhtəşəm festival GAMESUMMIT 2025 Bakının Nardaran qəsəbəsində yerləşən Sea Breeze Resort kompleksində keçiriləcək. Festivalın təşkilatçıları hər kəsin zövqünə uyğun fəaliyyət tapa biləcəyi zəngin bir proqram hazırlayıblar.
Biznes konfransı
GAMESUMMIT 2025 festivalı 6 iyun tarixində oyunların hazırlanması və real biznesdə proseslərin oyunlaşdırılmasına həsr olunmuş biznes konfransı ilə açılacaq. Konfrans iştirakçıları qlobal GameDev sahəsində son tendensiyalarla tanış olacaq, həmçinin oyunların hazırlanması və buraxılışı ilə bağlı ən aktual məsələləri panel müzakirələr zamanı mütəxəssislərlə birlikdə müzakirə edə biləcəklər. Azərbaycan üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələri isə ölkədə oyun sənayesinin inkişafı ilə bağlı baxışlarını təqdim edəcəklər.
Çıxışlar arasındakı fasilələrdə və əsas proqramın sonunda iştirakçıları oyun studiyaları, nəşriyyatlar və investorlarla netvörkinq gözləyir. Əgər siz oyun hazırlanması sahəsində karyera qurmağı xəyal edirsinizsə, bu konfrans sizə ətraflı məlumat əldə etməyə və faydalı tanışlıqlar qurmağa kömək edəcək. GAMESUMMIT 2025-in ilk günü isə möhtəşəm konsertlə yekunlaşacaq.
Oyun və əyləncə festivalı
Şənbə və bazar günləri – 7 və 8 iyun tarixlərində festival oyun, əyləncə və müasir mədəniyyət azarkeşləri üçün qapılarını açacaq. Saysız stendlərdə iştirakçılar oyun sənayesinin ən yeni hitlərini pulsuz sınaqdan keçirə, hələ çıxmamış layihələri isə ilk dəfə test edə biləcəklər. Retro oyunların və stolüstü oyunların həvəskarları isə bacarıqlarını nümayiş etdirmək imkanı əldə edəcəklər.
Kiberidman azarkeşləri isə maraqlı döyüşlərdən zövq almaq və sevimli oyunçularına azərkeşlik etmək imkanı əldə edəcəklər, çünki təşkilatçılar möhtəşəm mükafatlı kiberturnirlər keçirəcək:
- 5-ə 5: Counter-Strike 2, Valorant, Mobile Legends
- 1-ə 1: League of Legends, PUBG Mobile, Fortnite, Mortal Kombat 1, UFC, FC 25
Gik-mədəniyyəti həvəskarları isə unikal məhsullar, kolleksiya suvenirləri və daha nələr-nələr əldə edə biləcəkləri yarmarkanı görmədən keçə bilməyəcəklər. Burada həmfikir insanlarla tanış olmaq və söhbətləşmək imkanı da olacaq.
GAMESUMMIT 2025 çərçivəsində həmçinin kospley müsabiqəsi və K-pop şousu keçiriləcək. Final mərhələsində ən parlaq ifaçılar və ən yaradıcı obrazların müəllifləri sponsorlar tərəfindən hədiyyə və mükafatlarla təltif olunacaqlar.
Festivalın təşkilatçıları ziyarətçilər üçün müxtəlif aktivliklər, iştirak üçün dəyərli hədiyyələr, ödənişsiz fotosessiya zonaları, geniş fudkort və musiqi qruplarının çıxışları hazırlayıblar.Beynəlxalq brend 1xBet The MongolZ, Aurora Gaming və ESL kimi tanınmış kiberidman komandalarının sponsoru sizi GAMESUMMIT 2025 festivalını ziyarət etməyə dəvət edir! 6–8 iyun tarixlərində Sea Breeze Resort-a gəlin və Azərbaycanın ən möhtəşəm oyun və əyləncə tədbirinin ab-havasından zövq alın!