Liquipedia Dota 2 üçün yeni reytinq sistemini təqdim etdi

by Nigar Məmmədova
0 comments

Liquipedia portalı, Artefact şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində Dota 2 komandaları üçün yeni reytinq sistemi hazırlayıb. Bu haqda layihənin rəsmi saytında məlumat verilib.

Yeni sistem SAP məlumatlarına əsaslanır və Bayes yanaşmasını tətbiq edir. Bu o deməkdir ki, yalnız qələbə və məğlubiyyətlər deyil, həm də daha geniş statistik göstəricilər nəzərə alınır.

Reytinq necə hesablanır?

Sistem komandaların performansını qiymətləndirərkən aşağıdakı əsas kriteriyaları əsas götürür:

  • Fərdi göstəricilər: GPM (qızıl dəqiqəlik), XPM (təcrübə dəqiqəlik), K/D/A (öldürmə/ölüm/assist), ward yerləşdirmə
  • Komanda statistika: qələbə nisbəti, komanda döyüşlərində uğur, qəhrəman seçiminin müxtəlifliyi
  • Turnirin önəmi və rəqiblərin səviyyəsi
  • Komanda tərkibinin sabitliyi və nəticələrin aktuallığı

İlk üçlükdə kimlər var?

Hazırda reytinq cədvəlinə Team Falcons liderlik edir — onların 2288 xalı var. Onlardan sonra Team Liquid (2106) və Tundra Esports (1896) gəlir.

Yeni sistem hələlik yalnız ilk 20 komandanı əhatə edir. Hazırlayanlar yaxın gələcəkdə dəqiqliyin artırılmasından sonra daha geniş siyahı təqdim etməyi planlaşdırırlar.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın