Üçqat “The International” çempionu karyerasını başa vurduğunu elan etdi

0 comments

Kanadalı məşqçi Kurtis “Aui_2000” Linq “Team Falcons” komandasının “The International 2026“dan kənarlaşmasından sonra “Dota 2” üzrə peşəkar karyerasını başa vurduğunu elan edib. Onun sözlərinə görə, daimi səfərlər və kiberidmançı həyat tərzi onun üçün həddindən artıq yorucu olub:

“Dota 2-də karyerama davam etməyi planlaşdırmıram. Düşünürəm ki, bu, mənim son mövsümüm idi. Belə həyat tərzi və daimi səfərlər mənim üçün çox ağırlaşdı. İndi həyatın digər tərəflərini sınamaq istəyirəm.”

O, həmçinin “X” sosial şəbəkəsindəki hesabında hər kəsə təşəkkür edib və “The International”ın üç çempionluq üzüyü ilə fotosunu paylaşıb:

“Belə bir həyat yaşayacağımı heç vaxt təsəvvür edə bilməzdim. İndi hisslərimi sözlərlə necə ifadə edəcəyimi belə bilmirəm. Bu yolu mümkün etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Bütün bunları bir qədər həzm etdikdən sonra bloq yazacağam. Hər birinizi sevirəm.”

Tarixi nailiyyətlər və TI 2026-nın yekunu

“TI 2026″da “Falcons” 7–8-ci yerləri tutub. “Aui_2000” karyerasını bitirmək haqqında daha əvvəl düşündüyünü, lakin “Falcons”un “TI 2025″dəki qələbəsinin onu daha bir mövsüm qalmağa inandırdığını qeyd edib.

Linq karyerası ərzində üç dəfə “The International” turnirinin qalibi olub:

  • 2015-ci il: “Evil Geniuses” heyətində oyunçu kimi;
  • 2022-ci il: “Tundra Esports” ilə məşqçi kimi;
  • 2025-ci il: “Team Falcons” ilə məşqçi kimi.

Beləliklə, “Aui_2000” tarixdə “The International”ı üç dəfə — bir dəfə oyunçu və iki dəfə məşqçi kimi qazanan ilk şəxs olub. Kanadalı mütəxəssis iki müxtəlif rolda üç “TI” titulu ilə peşəkar səhnəni ən zirvə nöqtəsində tərk edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın