“Enerji çatışmazlığı və yeni rollar”: Falcons məşqçisi Köln uğursuzluğunu izah etdi

by Nigar Məmmədova
0 comments

IEM Cologne 2025 turnirində zəif çıxış edən Team Falcons-un baş məşqçisi Danni “zonic” Sørensen nəticələrə dair fikir bildirib. Onun sözlərinə görə, komanda hələ tam uyğunlaşmayıb.

HLTV.org-un məlumatına əsasən, Sørensen turnirdəki çıxışdan məyusluğunu gizlətməyib və ən böyük problemlərdən biri kimi komanda daxilindəki kommunikasiya çatışmazlığını qeyd edib.

“Biz düşünürdük ki, FURIA-nı məğlub edə bilərik. Nəticə məyusedicidir, lakin aydındır ki, komandada yeni rollar var, yeni oyunçumuz var — hər nə qədər yüksək səviyyədə oynasa da. Bütün bunlar bizə çətinliklər yaratdı. Komandada müəyyən kommunikasiya problemləri var və The Mongolz ilə qarşılaşmada kifayət qədər enerji hiss etmədim,” – deyə zonic bildirib.

Qrup mərhələsində üç oyundan sonra vidalaşdılar

Team Falcons Almaniyada keçirilən IEM Cologne 2025 turnirində yalnız üç oyun keçirərək mübarizəni dayandırıb. Komanda 9–12-ci yerləri bölüşüb və bununla da turniri erkən tərk edib.

Qeyd edək ki, IEM Cologne 2025 23 iyul – 3 avqust tarixlərində Almaniyada keçirilir və ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın