TYLOO sensasion şəkildə Astralis-i EWC 2025-dən kənarlaşdırdı

by Nigar Məmmədova
0 comments

Çinin TYLOO komandası Esports World Cup 2025-in CS2 üzrə 1/8 finalında Nikolay “device” Ritsın rəhbərlik etdiyi Astralis üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Seriya 2:1 hesabı ilə TYLOO-nun xeyrinə başa çatıb.

Xəritələr üzrə nəticələr:

  • Inferno — 8:13, Astralis qalib
  • Overpass — 13:7, TYLOO qalib
  • Train — 13:10, TYLOO qalib

Beləliklə, TYLOO 1/4 finalda Team Vitality – Team Liquid cütünün qalibi ilə qarşılaşacaq.

Turnir Ər-Riyadda keçirilir, mükafat fondu 1,25 milyon dollar təşkil edir. Yarışda 16 komanda mübarizə aparır, final isə 24 avqustda baş tutacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın