NBA ulduzu Luka Donçiç Overwatch 2 reklam kampaniyasının siması oldu

by Nigar Məmmədova
0 comments

Overwatch 2-nin sosial şəbəkə hesablarında yayılan məlumata görə, NBA ulduzu Luka Donçiç məşhur şuter oyununun yeni reklam kampaniyasına qoşulub.

Polşada küçələrdə oyun posteri yerləşdirilib – orada basketbolçu oyundakı qəhrəman Kessidiyə istinadla kovboy obrazında təsvir olunub. Pankart üzərində qısa, lakin yaddaqalan sözlər var: “Kovboylar ölmür”

Yeni oyun tədbiri

Oyunun yaradıcıları “Stadion” adlı tematik tədbirin başladığını elan ediblər. İştirakçılar Luka Donçiç tərəfindən seçilmiş qəhrəman parametrlərinə və unikal hədiyyələrə sahib ola biləcəklər.

Luka Donçiç və Overwatch sevgisi

Qeyd edək ki, Donçiç uzun illərdir Blizzard-ın oyun seriyasının pərəstişkarıdır. O, dəfələrlə oyunda top-500 oyunçu sırasına düşüb və adətən Turboşvin, HandzoKessidi personajlarını seçib.

Yeni tədbirin startı 26 avqust, Bakı vaxtı ilə saat 22:00-da — Overwatch 2-nin yeni mövsümü ilə eyni vaxtda olacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın