Valve rəsmi saytında elan etdiyi genişmiqyaslı yeniləmə ilə CS2 oyununa bir sıra maraqlı xüsusiyyətlər əlavə edib. Əsas diqqət mərkəzində Genesis kolleksiyası dayanır — kolleksiyaya 17 unikal silah dəri daxildir.
Genesis Uplink Terminal – yeni sistem
Yeniliklər arasında ən mühümü Genesis Uplink Terminal-dır. Bu funksiya artıq həftəlik mükafatlar sırasında əlçatan olacaq və oyunçulara beş mərhələli alış imkanı təqdim edəcək:
- Qiymət, dərinin nadirlik və vəziyyətindən asılı olaraq dəyişir.
 - Hər əldə olunan dəri xüsusi “ilk sahib” nişanı ilə qeyd olunur.
 - Terminal yalnız 3 gün ərzində aktiv qalır, müddət bitdikdən sonra isə inventardan avtomatik silinir.
 
Texniki yeniliklər və təkmilləşmələr
Yeniləmə yalnız kosmetik əlavələrlə məhdudlaşmır. Oyunçuları gözləyən əsas texniki dəyişikliklər:
- Bütün növ qumbaraların səslərinin tam yenilənməsi
 - Komanda yoldaşlarının avadanlıqlarını izləmə imkanı
 - Xəritələr üçün yeni cs_script sistemi
 - Əşyaların baxış interfeysinin yaxşılaşdırılması
 - Atış mexanikasının optimizasiyası
 
Bu yeniliklər həm oyun dinamikasını, həm də vizual-taktiki təcrübəni daha da zənginləşdirəcək.