FURIA FISSURE Playground #2-in çempionu oldu

by Nigar Məmmədova
0 comments

FURIA Esports Serbiyanın paytaxtı Belqradda keçirilən FISSURE Playground #2 turnirinin qalibi oldu. Braziliya təmsilçisi finalda The MongolZ komandasını 3:2 hesabı ilə məğlub edərək çempionluğu qazandı.

Final qarşılaşmasının xəritə nəticələri

  • Mirage – 16:13 (FURIA)
  • Inferno – 11:13 (The MongolZ)
  • Nuke – 16:12 (FURIA)
  • Overpass – 9:13 (The MongolZ)
  • Dust2 – 13:5 (FURIA)

Qarşılaşma beş xəritədə baş tutdu və həlledici Dust2 oyununda FURIA üstün gələrək titulun sahibi oldu.

Turnirin nəticələri və mükafat fondu

Qələbə sayəsində FURIA Esports 200 min dollar pul mükafatı qazandı. Finalda uduzan The MongolZ isə ikinci yer üçün 100 min dollar əldə etdi.

FISSURE Playground #2 12–21 sentyabr tarixlərində LAN formatında keçirildi. Turnirdə 16 komanda mübarizə apardı, ümumi mükafat fondu isə 500 min dollar təşkil edirdi.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın