Marvel Rivals Ignite 2025: Böyük Final DreamHack Atlanta-da keçiriləcək

by Nigar Məmmədova
0 comments

ESL FACEIT Group elan edib ki, Marvel Rivals Ignite 2025: Grand Finals turniri bu il DreamHack Atlanta festivalının bir hissəsi olacaq.

Dünya üzrə ən güclü 12 komanda çempionluq uğrunda mübarizə aparacaq. Qrup mərhələsi 27–29 oktyabr tarixlərində baş tutacaq, pley-off isə 31 oktyabrdan 2 noyabra qədər Georgia World Congress Center-də keçiriləcək.

Turnirin təşkilatçıları arasında olan NetEase 1 milyon dollarlıq rekord mükafat fondu ayırıb. Bu, 2024-cü ilin dekabrında oyunun buraxılışından bəri Marvel Rivals üzrə ən iri məbləğdir.

EMEA regionunda mübarizə aparan NAVI kollektivi artıq Ignite 2025 Stage 2: EMEA mərhələsində pley-offa yüksəlib və final mərhələsinə vəsiqə verən üç yerdən birini qazanmaq üçün yarışacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın