Dota 2 üzrə PARIVISION komandasının oyunçusu Alan “Satanic” Qallamov Twitch platformasında müvəqqəti bloklanıb.
İstifadəçilər oyunçunun kanalına daxil olmağa çalışdıqda standart bildirişlə qarşılaşırlar — kanalın icma qaydalarını və ya platformanın istifadəsi şərtlərini pozduğu üçün əlçatan olmadığı göstərilir.
Qallamov Telegram kanalında bloklanmanı təsdiqləyib və onun 24 saat davam edəcəyini bildirib. Lakin dəqiq səbəb açıqlanmayıb. Bundan əvvəl oyunçu Dota 2 turnirlərində qazanılan mükafat pullarının bölüşdürülməsi üsulları barədə danışmışdı.