Liquipedia The International 2025 zamanı Dota 2 ilə bağlı səhifələrin baxış statistikasını açıqlayıb.
Turnir dövründə Team Falcons Liquipedia Dota 2 bazasında ən çox izlənilən komanda olub. İkinci yeri Xtreme Gaming, ilk beşliyi isə Team Tidebound, Nigma Galaxy və Tundra Esports tamamlayıb.
Oyunçular arasında isə ən çox diqqət çəkən səhifə çinli kiberidmançı Wang “Ame” Chunyu-ya məxsus olub. Qalan ilk beşliyi isə Falcons oyunçuları təşkil edib.
Ümumilikdə, The International 2025 dövründə Liquipedia bazasında 40,4 milyon baxış qeydə alınıb, bunlardan 6,7 milyonu qrand-final günündə baş tutub.
Turnir 4–14 sentyabr tarixlərində Almaniyanın Hamburq şəhərində keçirilib. 2,6 milyon dollarlıq mükafat fondu uğrunda mübarizədə qalib gələn Team Falcons finalda Xtreme Gaming-i 3:2 hesabı ilə məğlub edib.