FURIA 2025-ci ilin aprelində Danil “molodoy” Qolubenkonu heyətinə qatmazdan əvvəl, Rafael “saffee” Kostanın əvəzlənməsi üçün bir neçə namizədi dəyərləndirib. Bu barədə komandanın məşqçisi Sidnei “sidde” Masedo Largados Y Pelados verilişində danışıb.
Onun sözlərinə görə, siyahıya SunPayus, s1mple, gr1ks, forsyy, fineshine və Alkaren daxil olub. İlk danışıqlar gr1ks ilə aparılsa da, sonradan prioritet molodoy üzərində cəmləşib.
Xüsusi maraq isə həmin vaxt NAVI-də ehtiyat oyunçular skamyasında olan s1mple seçiminə yönəlib. Lakin sidde qeyd edib ki, bərabər şərtlərdə belə o, molodoy-u üstün tutardı:
«s1mple ilə molodoy arasında mən yenə də molodoy-u seçərdim, baxmayaraq ki, o da bahalıdır».
Məşqçi əlavə edib ki, əgər komanda sırf braziliyalı heyəti saxlamaq qərarına gəlsəydi, namizədlər arasında Santiago “try” Rigal və Lucas “nqz” Soares də ola bilərdi.
Nəticə isə özünü doğruldub: transferdən cəmi beş ay sonra molodoy, FURIA-nın The MongolZ-u 3:2 hesabı ilə məğlub etdiyi FISSURE Playground 2 turnirinin MVP-si seçilib.