VALORANT Champions 2025: ən güclü 6 komanda müəyyənləşdi

by Nigar Məmmədova
0 comments

Parisdə keçirilən pley-off mərhələsinin üç günü arxada qaldıqdan sonra çempionluq uğrunda mübarizəni yalnız altı komanda davam etdirir.

Turniri tərk edənlər

G2 Esports, DRX-ə 1:2 hesabı ilə uduzaraq yarışdan kənar qaldı (Lotus – 13:7 qələbə, lakin Abyss – 10:13 və Bind – 7:13 məğlubiyyət). GIANTX isə Team Heretics-ə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdı (Ascent – 4:13, Lotus – 13:3, Bind – 9:13). Hər iki komanda 7–8-ci yerləri bölüşərək 50 min dollar qazandı.

Yoluna davam edənlər

  • Yuxarı setin finalına FnaticNRG yüksəlib. Onlar titula əsas namizədlərdir.
  • Aşağı setdə isə Paper Rex, Team Heretics, DRXMIBR mübarizəni davam etdirir.

Pley-off cədvəli

  • Fnatic vs NRG — yuxarı setin finalı
  • Aşağı setdə: DRX – MIBR, Paper Rex – Team Heretics qarşıdurmaları olacaq.

VALORANT Champions 2025 Fransanın paytaxtı Parisdə 12 sentyabrdan 5 oktyabra qədər keçirilir. Turnirin mükafat fondu 2,25 milyon dollardır.

VALORANT Champions 2025

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın