Team Spirit-in keçmiş oyunçusu Boris “magixx” Vorobyov son vaxtlar Counter-Strike 2 oyunundakı skin bazarının çökməsindən sonra yaşadığı böyük maliyyə itkiləri barədə danışıb.
O, strimer Aleksey “OverDrive” Biryukov ilə söhbətində inventarının əvvəl 200 min dollar dəyərində olduğunu, lakin indi onun xeyli dəyər itirdiyini bildirib.
“Bilmirəm, indiki qiymətinə baxmamışam. Amma düşünürəm ki, [itki] 100 min dollardan çoxdur,” — deyə magixx etiraf edib.
Skin bazarındakı bu kəskin enişin səbəbi Counter-Strike 2-nin son yeniləməsi olub — oyun tərtibatçıları bıçaq və əlcək yaratmağa imkan verən yeni kraf sistemi əlavə ediblər. Bu, bir çox nadir və bahalı əşyaların bazar dəyərini ciddi şəkildə aşağı salıb.