BC.Game-in CEO-su: “jL komandanın beşinci oyunçusu olmayacaq”

by Nigar Məmmədova
0 comments

“BC.Game Esports” kibersport təşkilatının baş direktoru (CEO) Əli “akofocus” Mühənnəd sosial şəbəkə hesablarında “Counter-Strike 2” üzrə əsas heyətin formalaşdırılması və sirli beşinci oyunçu barədə maraqlı ipucları paylaşıb.

CEO-nun son bəyanatı və sirli transfer

Əli Mühənnəd komandanın daxilində son anda baş verən dəyişikliklərə toxunaraq azarkeşlərin marağına səbəb olan bir açıqlama verib:

“Son anda bəzi gözlənilməz hadisələr baş verdi, ona görə də heyətdə müəyyən dəyişikliklər görə bilərsiniz… Amma rəsmən deyirəm, bu oyunçu jL deyil. Bəli, söhbət vaxtilə Meycor turnirlərində iştirak etmiş gənc bir istedaddan gedir və o, hazırda dünyanın top-komandalarının birində çıxış edir.”

Əli “akofocus” Mühənnəd

“Magisk” transferi və ulduzlar heyəti

Xatırladaq ki, “BC.Game Esports” 30 iyun 2026-cı il tarixində rəsmi olaraq dünya səviyyəli ulduz Emil “Magisk” Reyf ilə müqavilə imzaladığını elan etmişdi. Danimarkalı veteran oyunçu komandaya gəlişi ilə həm də heyətin oyun daxili lideri (IGL / Kapitan) statusunu alıb.

Hazırda BC.Game-in dördlük heyəti kifayət qədər iddialı adlardan ibarətdir:

Növbəti addım nədir?

Hazırda “BC.Game Esports”-un yenilənmiş heyətini tamamlayacaq sonuncu oyunçunun kimliyi hələ də sirr olaraq qalır. Komandanın 2026-cı ilin iyul ayı üçün rəsmi təqvimdə hər hansı irihəcmli turniri planlaşdırılmasa da, ulduzlar heyətinin yaxın zamanlarda müxtəlif açıq və qapalı seçmə mərhələlərdə (kvalifikasiyalarda) debüt edəcəyi gözlənilir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın