PlayStation Plus abunəçiləri iyul ayında “Call of Duty: Modern Warfare III” əldə edəcəklər

by Nigar Məmmədova
0 comments

“Sony” şirkəti “PlayStation Plus” abunəçiləri üçün növbəti aylıq pulsuz oyun paketini elan edib. Sosial şəbəkələrdə böyük maraqla qarşılanan bu aksiya 7 iyul 2026-cı il tarixindən etibarən start götürəcək.

Oyunçular təqdim olunan layihələri PlayStation 4 və PlayStation 5 konsolları üçün öz kitabxanalarına əlavə edə bilərlər. Avqust ayının gəlişi ilə oyunların pulsuz paylanması başa çatsa da, onları kitabxanasına əlavə edən istifadəçilər aktiv PS Plus abunəliyi olduğu müddətcə bu oyunları oynaya biləcəklər.

İyul ayının pulsuz oyun siyahısı (PS Plus Essential)

Bu ayın baza paketinə üç fərqli janrda maraqlı layihə daxil edilib:

  • Call of Duty: Modern Warfare III (PS4 və PS5): İyul ayının əsas başlığı. Abunəçilər oyunun maraqlı süjet kampaniyasını, gərgin onlayn multiplayer rejimini və məşhur zombi məzmununu (Zombies) tam şəkildə əldə edəcəklər.
  • For the King II (PS4 və PS5): Strateji və RPG elementlərini özündə birləşdirən populyar stolüstü oyun üslublu layihə.
  • CrossCode (PS4 və PS5): Retro üslubda dizayn edilmiş, maraqlı hekayəyə malik elmi-fantastik döyüş-RPG oyunu.

PS Plus Essential abunəliyinin əlavə üstünlükləri

Baza paketi yalnız oyunlarla məhdudlaşmır “PlayStation Plus Essential” abunəçiləri aylıq pulsuz oyunlardan əlavə aşağıdakı imkanlara da sahib olurlar:

  • Onlayn oyun rejimlərinə (multiplayer) giriş hüququ;
  • Oyun məlumatlarının təhlükəsiz saxlanılması üçün 100 QB həcmində bulud yadddaşı;
  • Dostlarınızla oyun ekranını bölüşmək və ya oyunu ötürmək üçün Share Play funksiyası;
  • PS Store rəqəmsal mağazasında xüsusi eksklüziv təkliflər və endirimlər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın