Tanınmış strimer Sergey “LenaGol0vach” Karnauxov canlı yayım zamanı Dota 2-də nadir kosmetik əşyaların bazarında ciddi qiymət dəyişikliklərinin baş verdiyini bildirib. Onun sözlərinə görə, qiymətlərin kəskin enməsinin əsas səbəbi — Çində eksklüziv əşyaların “dublikat” (dupe) metodu ilə çoxaldılmasıdır.
Qiymətlər necə dəyişdi?
Strimer konkret misal da göstərib — Juggernaut qəhrəmanı üçün nadir “odlu” əşyanın qiyməti əvvəllər 2 milyon rubl (təxminən 37.000 AZN) idisə, hazırda bu qiymət 18.500 AZN-ə düşüb. Onun fikrincə, vəziyyət ciddi şəkildə bazar iştirakçılarını zərərə salır:
“Əvvəllər Juggernaut üçün 5-10 ədəd odlu əşya olurdu, indi isə 100 və ya 50 ola bilər. Təsəvvür edin, siz 740.000 manatlıq nadir əşyalar toplamısınız və əminsiniz ki, bu əşyalar artıq Dota-da olmayacaq. Anidən dublikat metodu çıxır və həmin əşyaların dəyəri yarıya düşür.”
Dota 2 və CS:GO bazarları fərqlidir
Karnaoxov həmçinin qeyd edib ki, CS:GO bazarı daha sabitdir və orada belə hallara nadir rast gəlinir. Halbuki Dota 2-də nadir əşyaların kütləvi surətdə tirajlanması nəticəsində bazar mütəmadi olaraq belə şoklara məruz qalır. Bu, oyun içi kosmetika kolleksiyaçıları və investorlar üçün böyük risk yaradır.