Tanınmış isveçli kiberidmançı Olof “olofmeister” Kaybyer, şəxsi “Twitch” yayımı zamanı öz kiberidman təşkilatını yaratmaq ehtimalından danışıb.
Əfsanəvi oyunçunun sözlərinə görə, o, karyerasını bitirdikdən sonra gələcək inkişafı üçün bir neçə istiqaməti nəzərdən keçirir.
“Bəlkə nə vaxtsa məşqçi olmaq istəyərəm. Amma eyni zamanda öz təşkilatımı yaratmaq variantı da var — artıq uzun müddətdir bu barədə düşünürəm”, — deyə kiberidmançı bildirib.
Olofmeister vurğulayıb ki, bu ideyanı artıq sənaye nümayəndələri ilə müzakirə edib, lakin hələlik yekun qərar verməyib. O, komanda quruculuğu məsələsində özünə güvəndiyini xüsusi qeyd edib:
“Məşqçiliklə bağlı hələ tam əmin deyiləm, lakin oyunçuları və işçi heyətini bir araya toplamaq işinin məndə yaxşı alınacağını düşünürəm”.