Tanınmış kiberidman təşkilatı HEROIC, “Dota 2” bölməsinin fəaliyyətini dayandırdığını elan edib. Komandanın əldə etdiyi ciddi uğurlara və sürətlə artan azarkeş kütləsinə baxmayaraq, klub rəhbərliyi maliyyə baxımından qeyri-rentabellik səbəbindən bu intizamdan (discipline) geri çəkilmək qərarına gəlib.
Rəsmi bəyanatda qeyd olunur ki, klubun göstərdiyi bütün səylərə rəğmən, maliyyə nəticələri qənaətbəxş olmayıb və bu, heyəti uzunmüddətli perspektivdə saxlamağı qeyri-mümkün edib.
HEROIC “Dota 2″nin peşəkar səhnəsinə 2024-cü ilın yanvarında daxil olmuşdu. Bu müddət ərzində komanda PGL Wallachia Season 2 turnirinin qalibi olmağı bacarmış, The International 2025-də isə dünyanın ən güclü 6 kollektivi arasına (top-6) daxil olaraq böyük uğura imza atmışdı.
