“Diablo Immortal” və “StarCraft” kainatları birləşir: “Blizzard”dan nəhəng krossover anonsu

by Nigar Məmmədova
0 comments

“Blizzard Entertainment” şirkəti “Diablo Immortal” oyunu üçün növbəti böyük yeniliyi — əfsanəvi “StarCraft” kainatı ilə kolaborasiyanı rəsmən təqdim etdi. “Aeon of Stars” adlanan bu məhdud zamanlı krossover mayın 13-dən iyunun 10-na qədər davam edəcək və Sanktuari dünyasına Zerglərin mutasiyalarını və Protossların texnologiyalarını gətirəcək.

Tədbirin əsas yeniliyi “Dark Ascension” rejimi olacaq. Dörd həftəlik mükafat dövrü çərçivəsində oyunçular Tal’darim qüvvələrinə meydan oxuya biləcəklər. Tal’darim tampliyerləri və “Ascended Archon”lar kimi bosslara qarşı döyüşlər dörd nəfərlik qruplar üçün nəzərdə tutulub. Tədbirin xüsusi tapşırıqlarını yerinə yetirən oyunçular eksklüziv qənimətlər əldə edəcəklər.

Qəhrəmanları daha da gücləndirmək üçün oyuna yeni əfsanəvi cəvahirat — “Baneboil” əlavə edilib. Bu daş düşmən sıralarında korroziyalı partlayışlar törətməyə və rəqib ordusunda xaos yaratmağa imkan verir.

Bundan əlavə, “Conqueror” rejimində də ciddi dəyişikliklər gözlənilir. Bu rejimdə “StarCraft”ın simvolik fraksiyalarına aid tematik stellalar (daş kitabələr) peyda olacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın