Dragon Age: The Veilguard oyunu 31 oktyabrda satışa çıxarıldı və cəmi dörd gün ərzində böyük uğurlara imza atdı. Bugün, ekşn-RPG janrında olan bu oyun Steam platformasında eyni vaxtda 89 000 oyunçuya çatdı.
Oyunun buraxılışından bəri aldığı rəylər qarışıq olub. Bəzi oyunçular Dragon Age: The Veilguard oyununun reytinqini aşağı salsalar da, oyun onlayn istifadəçi sayını artırmağa davam edir. Ötən həftə satışa çıxdığı ilk gündə oyun 70 000-dən çox eyni vaxtda oyunçu sayına çataraq BioWare-in Steam-də ən çox oyunçu sayı əldə edən oyunu və EA-nin platformadakı ən böyük tək oyunçu layihəsi oldu.
![](https://az-esports.com/storage/2024/11/5624241b8372188280f1133a6afdb47f.webp)
SteamDB məlumatına görə, bazar günü Dragon Age: The Veilguard yeni zirvəyə çataraq 89 418 eyni vaxtda oyunçu ilə yeni rekord qırdı. Bununla da oyun Metaphor: ReFantazio (85 961 oyunçu), Wo Long: Fallen Dynasty (75 906 oyunçu) və God of War (73 529 oyunçu) oyunlarını geridə qoydu.
Bu, Dragon Age seriyasının son 10 ildə çıxarılan ilk oyunu oldu. Lakin oyunçuların rəyləri layihənin reytinqini aşağı salıb. PC versiyası 10 üzərindən 2.2 bal, PlayStation 5 versiyası 2.9 bal, Xbox Series X/S versiyası isə 3.6 bal alıb.