“Blizzard” “Warcraft III” üçün miqyaslı yenilənmə hazırlayır

0 comments

“Blizzard Entertainment” şirkətinin “Warcraft III: Reforged” üçün 3.0 yenilənməsi üzərində işlədiyi görünür. Oyunun fayllarındakı dəyişiklikləri “Silencer” ləqəbli datamayner (dataminer) aşkar edib.

“O, görünür, ‘Warcraft III’ azarkeşləri üçün yaxşı xəbər var. ‘Blizzard’ aktiv şəkildə ‘Warcraft III 3.0’ versiyası üzərində işləyir. Bilirəm, hazırda 2.0.4 versiyasını görürsünüz, lakin onların görməyinizi istədiyi məhz budur 🙂 Səmimi desəm, ‘W3’ tərtibatçılarının əslində nə üzərində işlədiklərini görənədək onların bütün yenilənmələrinə məhəl qoymurdum. Düşünürəm ki, ‘WC3’ oyunçuları ‘BlizzCon 2026’da yeni nəsə əldə edəcəklər.”

Gələcək yenilənmənin təfərrüatları hələlik məlum deyil. Hazırda oyunun aktual versiyası 2.0.4 pəçi (patch) olaraq qalır. “Blizzard”ın sentyabrın 12–13-də keçiriləcək “BlizzCon 2026” zamanı “Warcraft III: Reforged” üçün yeni kontent təqdim edəcəyi gözlənilir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın