24
DreamLeague Season 25 turnirinin əsas mərhələsinə qatılacaq bütün komandalar müəyyənləşib. Dota 2 üzrə keçirilən bu mötəbər turnirdə 16 komanda iştirak edəcək.
Turnirə PARIVISION, BetBoom Team, Team Falcons və Team Liquid birbaşa dəvət alıb. Qalan iştirakçılar regional seçmə mərhələlərdən sonra müəyyən edilib. Seçmələr nəticəsində qərbi Avropadan üç, şərqi Avropadan iki, Çindən iki, cənub-şərqi Asiyadan iki, şimal və cənubi Amerikadan isə hərəsindən bir komanda əsas mərhələyə qatılmaq hüququ qazanıb.
DreamLeague Season 25 İştirakçıları:
- PARIVISION
- BetBoom Team
- Team Falcons
- Team Liquid
- AVULUS
- Tundra Esports
- Gaimin Gladiators
- Team Spirit
- 9Pandas
- Chimera Esports
- Yakult’s Brothers
- Xtreme Gaming
- Aurora Gaming
- BOOM Esports
- Shopify Rebellion
- Heroic
Turnir haqqında məlumat:
- Keçirilmə tarixi: 16 fevral – 2 mart 2025
- Format: Onlayn
- Mükafat fondu: 1 milyon dollar
HLTV Mükafatları 2024-ün bütün kateqoriyalarında qaliblər daha əvvəl elan edilmişdi. Onlara burada baxa bilərsiniz.