11-dən 12 yanvara keçən gecə Serbiyanın Belqrad şəhərində hər il keçirilən HLTV Awards 2024 mükafatlandırma mərasimi baş tutdu. Counter-Strike 2 dünyasının ən önəmli fiqurları burada mükafatlandırıldı.
Gecənin əsas ulduzu 17 yaşlı rusiyalı kibersportçu Danil donk Krişkovets oldu. O, dörd kateqoriyada qalib gələrək rekord qırdı: “İlin oyunçusu”, “İlin yeni oyunçusu”, “İlin highlight-ı” və “İlin ən yaxşı entry fraggeri”.
Əlavə olaraq, ən yaxşı snayper mükafatını rusiyalı İlya m0NESY Osipov qazandı, ən yaxşı məşqçi isə ukraynalı Andrey B1ad3 Qorodenski oldu.