İlon Mask Grok 5-i ən güclü LoL komandası ilə döyüşdə sınaqdan keçirməyi təklif etdi

0 comments 220 views

Məşhur sahibkar və xAI şirkətinin rəhbəri İlon Mask sosial şəbəkələrdə süni intellekt Grok üçün yeni çağırış elan edib.

Mask, League of Legends üzrə dünyanın ən güclü komandasına qarşı Grok 5-in qabiliyyətlərini yoxlamağı təklif edib. Qarşıdurma 2026-cı ildə baş tutacaq, lakin dəqiq tarix hələ açıqlanmayıb. Çellencenin məqsədi — süni intellektin oyun performansını təkmilləşdirməkdir.

Maskın sözlərinə görə, sınaq ciddi məhdudiyyətlərlə keçiriləcək:

  • İA yalnız kameradan “insan görmə bucağı” ilə monitoru görə biləcək — 20/20 görmə qabiliyyəti səviyyəsində.
  • Reaksiya gecikməsi və düymə basma sürəti insan imkanlarından yüksək olmayacaq.
  • Grok 5 elə hazırlanıb ki, yalnız təlimatı oxuyub bir az sınaqdan keçirməklə istənilən oyunu oynaya bilsin.

“Görək, Grok 5 bu məhdudiyyətlərlə 2026-cı ildə LoL-un ən güclü komandasını məğlub edə biləcəkmi.”
— İlon Mask

Grok 5-in ilkin relizi 2025-ci ilə planlaşdırılırdı, lakin 2026-cı ilin əvvəlinə təxirə salınıb. Yeni versiyada 60 trilyon parametr olacaq və həm mətn, həm də vizual məlumatlarla işləyən hibrid imkanlar təqdim ediləcək.

xAI hesab edir ki, Grok 5 ümumi süni intellekt (AGI) səviyyəsinə çata və Grok 4-dən də güclü ola bilər. Hazırda dünyanın ən güclü LoL komandası sayılan T1, 2025 World Championship-in qalibi olub.

Bunlar da xoşunuza gələ bilər